banner
banner

Gündəm

Azad edilən ərazilərdə 2 milyard kubmetr su ehtiyatları var - Şahin Mustafayev

Azad edilən ərazilərdə 2 milyard kubmetr su ehtiyatları var

İşğaldan azad edilən ərazilərdə digər təbii resurslarla bərabər kifayət qədər zəngin su resursları da mövcuddur. Trend-in məlumatına görə, bunu Ağdamda səfərdə olan baş nazirin müavini Şahin Mustafayev deyib.

Ş.Mustafayev bildirib ki, təqribi hesablamalara görə, bu ərazilərdə 2 milyard kubmetr su ehtiyatları var:

“Bu ehtiyatlar tələbatı tam ödəməyə imkan verir. Cənab Prezidentin bəyan etdiyi kimi ölkədə su mənbələrinin xəritəsi hazırlanır. Bu xəritənin üzərində iş gedir. Çalışırıq ki, qısa müddətdə xəritənin ilk layihəsini hazırlayıb təqdim edək. Xəritə elektron formada hazırlanır.

 

Eyni zamanda su resurslarının yenidən qiymətləndirilməsi vacibdir. Bunun üçün yeraltı su həcmlərinin dəqiqləşdirilməsi üçün müşahidə-kəşfiyyat quyularının qazılması nəzərdə tutulur və Ağdam rayonu da istisna deyil”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.