Ekspert: "Avqustda Avropada “Delta” ştammı dominant olacaq"
"Koronavirusun “Delta” variantı digərlərini sürətlə üstələyərək ölüm sayının artmasına gətirib çıxarır. Proqnozlara görə, avqust ayınadək Avropada “Delta” ştammı dominant olacaq".
“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun sədri Hans Kluge onlayn brifinq zamanı bildirib.
Ekspertin dediyinə görə, Avropada əhalinin tam peyvənd olunması yayın sonuna kimi mümkün olmayacaq. Çünki əhalinin 63 faizi hələ peyvəndin ilk dozasını gözləyir. Digər tərəfdən, həmin vaxtadək məhdudiyyətlər azaldılacaq, buna görə də gediş-gəliş və toplantıların sayı artacaq.
Təşkilat rəsmisi peyvəndləmə işlərini diqqətdən kənar qoymamağın vacibliyini də qeyd edib: “Peyvəndləmədə gecikmələr insan həyatı bahasına başa gəlir. Bu işlər nə qədər ləng getsə, virusun variantları da bir o qədər çox olacaq”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.