banner
banner

Sosİal

Azərbaycanda hamı bu sayta girir

Azərbaycanda hamı bu sayta girir

“Global Stats” Analitik şirkətinin təhlillərinə əsasən məlum olub ki, Azərbaycanda ən populyar axtarış sistemi hazırda 64,46 faiz bazar payına malik olan “Google.az”dır.

CİA.Az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ikinci yeri bazar payı 6,64 faiz təşkil edən “Google.ru”, üçüncü yeri isə 5,4 faiz bazar payı ilə “Google.com.tr” tutur.

İlk üçlüyə daxil olan axtarış sistemlərinin ardınca 5,15 faizlə “Google.com”, 7,09 faizlə “Yandex.ru” mövqelərini möhkəmləndirib.

Sonrakı yerləri “Bing” və “Mail.ru” bölüşdürüb.

Son bir ildə ölkədə ən çox istifadə edilən brauzer “Chrome” olub. Belə ki, onun bazar payı 28,22 faiz təşkil edib.

Brauzerlər bazarında ikinci yeri 3,5 faizlə “Opera”, üçüncü yeri “Safari” tutub. Sonrakı yerlərdə 2,84 faiz bazar payı ilə “Android”, 1,56 faizlə isə “Internet Exploer” qərarlaşıb.

Əməliyyat sistemləri üzrə araşdırmalar zamanı bəlli olub ki, ölkəmizdə ən çox istifadə olunan əməliyyat sistemi (ƏS) “Windows” dur. Hazırda Azərbaycanda “Windows 7” ƏS-nin bazar payı 63,01 faiz təşkil edir.

İkinci yeri 13,45 faizlə “Windows XP”, üçüncü yeri bazar payı 4,68 faiz təşkil edən “Android” ƏS tutur. Sonrakı yerlərdə “Windows 8” və “iOS” əməliyyat sistemləri bərqərar olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.