Coşqun Qasımov: «İşləmirəm, bəzən elə olur ki, günlərlə ac qalırıq, mənim işlə təmin olunmağıma yardımçı olun»
«Uşaqkən atamla anam ayrılıb. Anam bizi min bir əziyyətlə böyüdüb. 2012-ci ildə ailə həyatı qurmuşam və hazırda biri 2 yaş, digəri də 4 aylıq iki uşağım var. Lakin işləmədiyimdən acınacaqlı vəziyyətdə yaşayırıq». Bu sözləri JAM.AZ-a Ucar rayonu, Mirbəşir Qasımov küçəsi ev 6 da kirayədə yaşayan Coşqun Mahmudov yazaraq, bildirib.
O qeyd edib ki, orta təhsilli olsa da, kompyüter kurslarına gedib və bir çox proqramlar haqqında bilgilər var və onlarla işləyə bilir. «İşləmədiym üçün bəzən günlərlə yeməyə çörək tapmıram. Özümün yox, ailəmin, az yaşlı körpə uşaqlarımın acından məhv olma təhlükəsi məni çox üzür. Bizim ailənin vəziyyətini gözləri ilə gəlib görən insan dəhşətə gələr. Bəlkə də Azərbaycanda aclıq içində yaşayan ikinci belə bir ailə yoxdur. İşləmək istəyirəm, ancaq işlə təmin etmirlər».
Coşqun Mahmudov yazır ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar rayon şöbəsində komputerçi vəzifəsi iş yeri hazırda boşdur. «Bu vəzifəyə hələ işçi təyin edilməyib. Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova ərizə ilə müraciət etdim. İnanıram ki, cənab Kəmaləddin Heydərov mənim ərizəmi araşdırıb, Yanğından Mühafizə Xidmətinin Ucar rayon şöbəsində işə qəbul edilməyimə köməklik edəcək».
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.