banner
banner

Sosİal

Sərnişin daşıyanların NƏZƏRİNƏ: Prosedur sadələşdirildi

Sərnişin daşıyanların NƏZƏRİNƏ:

Avtomobil nəqliyyatı ilə daşımalara dair prosedur qaydalarının təkmilləşdirilməsi məqsədilə fərqlənmə nişanlarının verilməsi ilə bağlı müvafiq qaydalara dəyişiklik edilib.

Bu barədə  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məqsəd daşıyıcıların və sürücülərin rahatlığının təmin edilməsi, fiziki təmasların minimuma endirilməsi və prosesin icrası zamanı sui-istifadə hallarının aradan qaldırılmasıdır.

Yeni prosedur qaydalarının tətbiq edilməsinə qədər “Fərqlənmə nişanı” vergi ödəyicisinin ərizəsinə əsasən iki iş günü ərzində verilirdi. Məlumat üçün bildirək ki, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımalarını həyata keçirən vergi ödəyicilərinə (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri istisna olmaqla) “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yükdaşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdır.

Yeni qaydalara əsasən, bu fəaliyyətlə məşğul olan və ya olmaq istəyən şəxs “Fərqlənmə nişanı” əldə etmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksi də daxil olmaqla respublikanın müvafiq region avtovağzallarında xidmət göstərən Nəqliyyat xidmət mərkəzlərinə müraciət edərkən ona prosedurun icra mexanizmi barədə ətraflı məlumat verilir. İlkin mərhələdə vergi ödəyicisi Bakı Beynəlxalq Avtovağzal Kompleksinin birinci mərtəbəsində yerləşən “Azərpoçt”un “Şəbəkə” xidmət mərkəzində, respublikanın digər şəhər və rayonlarında isə “Azərpoçt”un müvafiq şöbələrinə yaxınlaşıb ərizə blankını doldurmalıdır.

Növbəti mərhələdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan (həmçinin yeni müraciət edən) şəxs nəqliyyat vasitəsinin şəhadətnaməsini təqdim edərək göstərəcəyi daşıma xidməti üçün nəzərdə tutulan vergini ödədikdən sonra “Fərqlənmə nişanı”nı əldə edir. Prosesin yekununda avtovağzalların ərazisində yerləşən Texniki Müayinə Mərkəzində nəqliyyat vasitəsi vizual olaraq texniki müayinədən keçirilir. Texniki müayinənin nəticələri barədə müvafiq sənədlər möhürləndikdən sonra vergi ödəyicisi nəqliyyat vasitəsi ilə reysə başlamaq üçün icazə əldə edir.

Bu prosesin icrası üçün ümumi prosedur 40 dəqiqə təşkil edir. İki iş günündən 40 dəqiqəyə qədər azaldılan icra müddəti həm sahibkarın vaxtına qənaət etmiş olur, həm verginin ödənilməsi tam şəffaf həyata keçirilir, həm də bütün proses eyni məkanda təşkil edilir.

Qeyd edək ki, prosesin təşkili və icrası üçün “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin müfəttişləri avtovağzallara və “Azərpoçt”un müvafiq şöbələrinə ezam edilib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.