Dünyanın qabaqcıl media yayım şirkəti olan BBC Dağlıq Qarabağdan bəhs edən sujet yayımlayıb. BBC telekanalında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri ilə bağlı süjet yayıb. Telekanalın əməkdaşı Reda El Mavi işğal altında olan Dağlıq Qarabağa gedərək oradan reportaj hazırlayıb. Süjetdə diqqət çəkən məqam müxbirin Suriyada gedən müharibədən qaçan 15 min Suriya ermənisinin işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirilməsidir. Suriya qaçqınlarına qapı açan Ermənistan hökuməti onları Dağlıq Qarabağda yerləşdirməklə yanaşı vətəndaşlıq da verib. Reportajda açıq-aydın Ermənistanın Azərbaycana qarşı təcavüz, işğal və qanlı etnik təmizləmə törətdiyi əks olunur. Rəsmi Bakı BBC əməkdaşının işğal olunmuş torpaqlarımızdan hazırladığı süjetə münasibəti isə başqa tərəfdən sərt olub. Xarici İşlər Nazirliyinin etirazına səbəb olan BBC jurnalistlərinin Dağlıq Qarabağa Azərbaycan tərəfinin icazəsi olmadan, Ermənistan tərəfdən keçməsidir: “BBC-nin bu məsələyə aydınlıq gətirməsini gözləyirik. Verilişdən göründüyü kimi, BBC telekanalının müxbiri qanunsuz şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib, Azərbaycanın “Dövlət sərhədi haqqında” qanunu pozub. Qeyri-obyektiv və qərəzli olan bu verilişdə istifadə edilən bir sıra ifadələr münaqişənin əsl mahiyyətini təhrif edir və reportajda Azərbaycana qarşı Ermənistan tərəfindən törədilmiş təcavüz, işğal və qanlı etnik təmizləmə təşviq olunur. Verilişdən göründüyü kimi, Ermənistan Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində demoqrafik vəziyyəti dəyişmək üçün məqsədyönlü şəkildə Suriyadan olan erməni əsilli qaçqınları işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirir”. Azərbaycan tərəfindən bu məsələ dəfələrlə beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında qaldırılıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.