banner
banner

Gündəm

Şuşa müqəddəs ziyarətgaha çevrilir

Şuşa müqəddəs ziyarətgaha çevrilir

Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın ürəyi olan Şuşa artıq dövlətimiz üçün bir müqəddəs ziyarətgaha çevrilib. Torpaqlarımız azad edildikdən sonra dövlət başçısının da ən çox səfər etdiyi , həmçinin diqqət ayırdığı yerlərdən biri Şuşadır. Son olaraq, qardaş ölkələrin parlament rəhbərlərinin Bakı görüşündən sonra Şuşaya səfəri də bu şəhəri ziyarətin artıq bir protokola çevriləcəyini deməyə əsas verir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətləri Şuşaya səfər çərçivəsində iyulun 29-da Cıdır düzündə olublar. Şuşa şəhərindəki bir sıra tarixi və dini-memarlıq abidələrini, həmçinin digər məkanları ziyarət etdikdən sonra Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər. Onlarla yanaşı ötən günlərdə Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki diaspor nümayəndələrinin eyni vaxtda vətəndə olmalarını nəzərə alaraq, onların Şuşaya səfərləri təşkil edilib.

“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan səfər Azərbaycan diaspor tarixinin ən mühüm tədbirlərindən biri olub.

Səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı,  Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşudbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər mühüm yerləri ziyarət ediblər.

Elə bu kimi səfərlərin gələcəkdə də çox olacağını nəzərə alaraq, Şuşaya dəmir yolunun çəkilməsi ilə bağlı Prezident İlham Əliyev göstəriş verib. Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov da artıq bu layihənin hazırlıq ərəfəsində olduğunu və Türkiyə şirkətlərinin iştirakı ilə ərsəyə gələcəyini açıqladı.

Xatırladaq ki, iyulun 9-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların ümumilikdə 100-dən çox nümayəndənin Şuşa şəhərinə səfəri təşkil olunmuşdu. Səfərdə Türkiyə, Pakistan, İtaliya, Avstriya, İsveç, Polşa, İsrail, Çin, Yaponiya, Malayziya, Cənubi Koreya, Belarus, Ukrayna, Braziliya, Meksika, Səudiyyə Ərəbistanı, Qətər, Əlcəzair və digər ölkələrin səfirləri, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri iştirak edirdilər. Lakin bu günə qədər Şuşada keçirilən ən böyük tədbirlərdən biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Prezident İlham Əliyevin birgə səfəri və 15 iyun tarixli Şuşa Bəyannaməsi oldu. Bundan öncə isə 12-13 may tarixlərində Şuşada keçirilən “Xarı bülbül” festivalı da müqəddəs şəhərimizdə keçirilən ən böyük qələbə tədbiri kimi yadda qaldı.

Akif Nağı: “Orda mənim vəhşi obrazımı yaradıblar” – Müsahibə

Akif Nağı 

Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı da mövzu ilə bağlı  “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Şuşa bir simvoldur və bu şəhərə mədəniyyət paytaxtı statusunun verilməsi də yerində bir qərar idi: “Şuşa faktiki olaraq Azərbaycanın ikinci paytaxtı elan oldu. Biz  son 2 ildə davamlı şəkildə təklif edirdik ki, Qarabağ azad olacaq, Şuşa isə paytaxt olacaq. Bizdən soruşurdular ki, Şuşa necə paytaxt ola bilər? Biz o zaman da deyirdik ki, ikinci paytaxt olması mümkündür. Dünyanın bir çox ölkələrində belə praktika var. Rusiyada Sank-Peterburq ikinci paytaxt hesab olunur, Türkiyədə İstanbul qədim paytaxt statusunu saxlayır. Bu şəkildə Şuşa da öz statusunu aldı. Bu çox vacib məsələdir, ermənilər bütün dünyaya Şuşanın onların olması ilə bağlı car çəkirdilər. Ona görə də, çox məsələlərə nöqtə qoyuldu. Qarabağ Azərbaycandır və onun da tacı Şuşadır”.

A.Nağının sözlərinə görə, artıq Şuşa təkcə mədəniyyət paytaxtı deyil, orada Şuşa Bəyannaməsinin imzalanması artıq məsələyə siyasi xarakter də qazandırır: “İki qardaş dövlət arasında tarixi  bir sənəd imzalandı və bu, Şuşada imzalandı. Getdikcə Şuşanın siyasi çəkisi də artacaq, protokol qaydasında ölkəyə gələn qonaqların böyük bir hissəsi Qarabağa səfər edir, Şuşaya gedir. Jurnalist qrupları, diaspor nümayəndələri, parlament nümayəndələri gedirlər. Yollar daha rahat olandan sonra səfərlər daha da artacaq, Şuşa rəsmi protokola salınacaq. Bildiyim qədər bəzi nazirliklərin də Şuşaya köçürülməsi ilə bağlı təkliflər var. Ondan sonra getdikcə Şuşanın həm mədəni paytaxt kimi, həm də siyasi baxımdan çəkisi artacaq”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İran xarici hərbi qüvvələrin Xəzər ətrafına gəlməsinə qarşıdır

Cia.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Xəzər ətrafında üçüncü ölkələrin öz hərbi təsirini gücləndirməli olmamalarını bəyan edib. Onun sözlərinə görə, bu region ölkələrinin maraqlarına uyğun deyil. İran XİN-in verdiyi məlummata görə,

Talıbovlar yenidən meydan oxuyur: Naxçıvanda nə baş verir?

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya daxil olan məlumata görə, Ali Məclisin sabiq rəhbəri Vasif Talıbovun böyük oğlu Rza Talıbov əvvəlcədən razılaşdırmadan Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli ilə görüşmək istəyib. Rza Talıbovun avtomobilinin Ali Məclisin həyətinə, özünün isə binaya buraxılması çaşqınlıq yaradıb. Buna görə hətta mühafizə polisinin əməkdaşlarına töhmət verildiyi deyilir.

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.