banner
banner

Gündəm

"Lotu Quli"nin adamları şəmkirli iş adamını belə öldürdülər - ANBAAN VİDEO

"Lotu Quli"nin adamları şəmkirli iş adamını belə öldürdülər

Ukraynanın Odessa şəhərində gənc iş adamı avtomatla qətlə yetirilib.

Musavat.com "qaynarinfo"ya istinadən xəbər verir ki, qətlə yetirilən şəxs Odessa şəhərində kiçik sahibkarlıqla məşğul olan Şəmkir rayon İrmaşlı kənd sakini, 1996-cı il təvəllüdlü Laçın Nurəddin oğlu Məmmədovdur.

Onun xüsusi kriminal qruplaşma üzvləri tərəfindən qətlə yetirildiyi bildirilir. Artıq L.Məmmədovun qətl anı və cinayətkarın görüntüsü də yayılıb.

Bildirilir ki, L.Məmmədovu qətlə yetirənlər hazırda Odessa istintaq təcridxanasında saxlanılan kriminal avtoritet Sadik Mirzəyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrupunun üzvləridir.

İddia olunur ki, S.Mirzəyev ötən il Antalyada qətlə yetirilən "Lotu Quli” kimi tanınan azərbaycanlı "qanuni oğru” Nadir Səlifovun Odessa şəhəri üzrə dəstəsinin rəhbəridir.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmalara başlanıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.