Sabirabadda qorxulu təxribat - Məscid hücuma məruz qaldı
Bu gün Sabirabad rayonunun Minbaşı kəndində dini zəmində təxribat hadisəsi törədilib.
Əməkdaşımızın etibarlı mənbədən aldığı məlumata görə, bir dəstə vəhhabi (sələfi) təriqətindən olan şəxs kənddəki məscidə hücum edərək, Aşura mərasimini pozublar və məscidin avadanlıqlarını dağıdıblar.
Təxribatçılara müqavimət göstərənlərlə onların arasında qarşıdurma, dava-dalaş olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının işçiləri cəlb edilib.
Qeyd edək ki, bu gün islam peyğəmbərinin sevimli nəvələrinin Kərbala çölündə qətlə yetirilməsinin növbəti ildönümüdür və şiə məzhəbinə tapınan insanlar dünyanın, eləcə də ölkəmizin hər guşəsində bu faciəvi günü qeyd edirlər.(musavat.com)
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.