banner
banner

Gündəm

İsmayıllıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

İsmayıllıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı avqustun 17-də aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, rayon sakini Ağasəf Cavadzadənin COVID-19 testi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin olunub və sanitar-karantin qaydalarına riayət etməsi tapşırılıb. Lakin həmin şəxs özünütəcrid qaydalarını kobud şəkildə pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaradıb. Polis əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu ərazidə aşkarlanan A.Cavadzadə tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Onun barəsində İsmayıllı RPŞ-də araşdırma aparılır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.