Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə aprelin 30-da Azərbaycan Texniki Universitetində aktiv məşğulluq tədbirinin keçirilməsi planlaşdırılır. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Cia.az-a bildirilib ki, "Karyerada ilk addım" devizi altında təşkil olunan tədbir yuxarı kurslarda təhsil alan tələbələr və əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürənlər arasında ilkin əlaqələrin qurulmasına, onlarda müasir əmək bazarı barədə dolğun məlumatların yaradılmasına xidmət edir. Tədbir zamanı tələbə və məzunlar əmək bazarı, öz ixtisaslarına uyğun vakansiyalar barədə məlumatlar əldə edəcək və istəklərinə uyğun olaraq onlara həmin vakansiyalar üzrə göndərişlər veriləcək. Həmçinin işəgötürənlər müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı qazanacaqlar. İl ərzində ölkənin digər ali təhsil müəssisələrində də belə tədbirlərin təşkili nəzərdə tutulur. Ötən il ərzində gənclərin əmək bazarına çıxışının dəstəklənməsi məqsədilə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərindəki, Abşeron və Lənkəran rayonlarındakı ali təhsil müəssisələrində 10 aktiv məşğulluq tədbiri keçirilib. Həmin tədbirlər nəticəsində 185 nəfər gənc münasib işlə təmin edilib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.