Bakıda asfaltlanan ağacların dibi təmizləndi (FOTO)
Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində ağacların dibinin asfaltlanması ilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb və fakt təsdiqini tapıb.
Bunu Trend-ə Xidmətin rəsmisi Vaqif Cavadov bildirib.
“Əməkdaşlarımızın nəzarəti altında Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən ərazidəki ağacların dibi asfaltdan təmizlənib və onlara aqrotexniki xidmət göstərilib”.
V.Cavadov analoji halların təkrarlanmaması üçün yerli icra hakimiyyətlərinə müraciət edib.
"Belə halların baş verməməsi üçün, çox istərdik ki, yerli icra orqanları öz xidməti ərazilərində olan yaşıllıq sahələrinə, ağaclara həssaslıqla yanaşsınlar, bu cür halların təkrarlanmaması üçün nəzarəti gücləndirsinlər”.
Xidmət rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərən ictimaiyyət və media nümayəndələrinə göstərdikləri vətəndaşlıq mövqeyinə və sayıqlıqlarına görə təşəkkür edib.
Qeyd edək ki, ekologiya fəalları sosial şəbəkələrdə paytaxtın Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində ağacların dibinin asfaltlanmasına dair fotolar paylaşmışdılar.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.