Tanınmış aktrisa Cennifer Lourens “Serena” filmində canlandırdığı Serena Pemberton obrazı haqda yayılan xəbərlərə münasibət bildirib.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, həmin rolun daha əvvəl aktrisa Ancelina Coliyə təklif edilməsi ilə bağlı suala Cennifer belə cavab verib:
“Hələ ki, Ancelinadan rol oğurlayacaq vəziyyətdə deyiləm. Mən onun zibilliyində eşələnən aktrisayam”.
Qeyd edək ki, Cennifer Lourens və Bredli Kuperin baş rollarda çəkildiyi “Serena” filmi noyabrın 7-də nümayiş olunacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.