Cia.az xəbər verir ki, ,Bakı şəhərinin Nizami rayonu, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu , Göygöl, Cəlilabad, Kürdəmir, Şəmkir, Lerik rayonlarına icra başçısı təyin olunmayıb. Bildiyimiz kimi 7 rayonumuz icra başçısı təyinatı gözləməkdə hələ də davam edir
Məsələ sosial medianın gündəmində
Sosial şəbəkədələrdə İcra başçısı vəzifəsinə iddialı bir neçə namizədin adı hallanmaqdadır.
Məsələ medianın və sosial şəbəkənin ciddi müzakirə etdiyi mövzulardandır.
Comentlərin əsasını başsız qalmış rayonlara düzgün başçı seçimi təşkil edir.
Bunlardan biri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rafiq Cəlilovdur. Məlumata görə, keçmiş Əmlak Komitəsi sədrinin müavini vəzifəsində də uzun illər işləmiş və adı qalmaqallarda hallanmış Rafiq Cəlilov Cəlilabadın İcra başçılığına namizəddir. Müşahidəçilərin əksəriyyəti isə bu gözləntinin real olmadığını düşünürlər.
Qudalarıın sərgüzəştləri
Rafiq Cəlilov Rabitə Nazirliyində uzun illər nazir müavini postunu zəbt etmiş İltimas Məmmədovla qudadır. İltimas Məmmədovdur nazirlikdə həyata keçirilən əməliyyatla gündəmə gələn sensasiyalı faktlarda ismi siyahının ön sıralarını bəzəyib. Hətta Bakı Telefon Rabitəsi Birliyinin sabiq rəisi ilə naziriliyin aparat rəhbəri Vidadi Zeynalov məhkəmədə onun adını hallandıraraq, həm aylıq “paket”, həm də digər mənimsəmələri dilə gətiriblər.
Cəlilovun macəraları
Rafiq Cəlilovun komitədə işlədiyi zaman adını xoşagəlməz hadisələrdə hallanması, iş adamlarına fiziki şiddət, əmlaklarının mənimsənilməsi və s. məsələlərdə adının hallanması göstərilir.
Mətbuat qəhrəmanı Cəlilov
Rafiq müəllimin komitə sədrinin müavini vəzifəsini icra edərkən etdiyi xətalar mətbuatın gündəmindən düşmürdü .
Son illər təyinatlara üstünlük verən ölkə rəhbərliyinin Rafiq Cəlilovun icra başçısı təyinatı qeyri-mümkün məsələdir.
Cəlilabadlıların qulağı səsdə
Vəzifə tutmaq istəyən Cəlilov kimi Cəlilabadlıların da gözü yolda, qulağı səsdədir ki, problemləri ilə maraqlanıb onların həllində maraqlı olan başçı təyin olunsun.
Cia.az


