Içməli su ilə bağlı Azərbaycanda ciddi problemlər yoxdur
İçməli su ilə bağlı demək olar ki, Azərbaycanda Kürə yaxın iki rayon, Salyan və Neftçalada Kürün duzlaşması ilə bağlı problemləri nəzərə almasaq, elə bir ciddi problemlər yoxdur.
Bunu Cia.az aaçıqlamasında Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
V.Kərimov bildirib ki, son dövrdə yaranan problemlər əsasən suvarma suyu ilə bağlıdır: “Bu da həm ehtiyatlarımızın azalması, həm də suya tələbatın artması ilə bağlıdır. Suya qənaət edən texnologiyaların tətbiqi, su ehtiyatlarının artırılması istiqamətində görülən işlər, yeraltı su ehtiyatlarından istifadənin genişləndirilməsi, məişət-çirkab və istehsalat sularının təkrar emalı və istifadəyə verilməsi, dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı planlaşdırılan və həyata keçirilən layihələr gələcəkdə yarana biləcək su qıtlığının qarşısının alınmasına xidmət edir".
Nazir müavinin sözlərinə görə, sadalanan layihələrin bir çoxunun həyata keçirilməsi ilə bağlı real addımlar atılmaqdadır.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.