Məktəblərin açılma qərarı dəyişəcək? – “Elə situasiya yarana bilər ki…”
Azərbaycanda yaxın günlərdə təhsil müəssisələninin açılacağı tarix bəlli olsa da, bir sıra valideynlər hələ də buna inanmırlar. Onlar yenidən karantin qaydalarının tətbiq olunacağını düşünürlər. Bu üzdən hətta valideynlər uşaqlarına məktəb ləvazimatları da almırlar. Yəni tədris mövsümünə hazırlıq hər il olduğu kimi deyil. Bu qeyri-müəyyən vəziyyətdə olanlar nə etməlidir?
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov Cia.az-a açıqlamasında situasiyanın virusdan asılı olduğunu söyləyib:
“Nə valideynləri, nə də Təhsil Nazirliyini günahlandırmaq olar. Bu valideyndən, Təhsil Nazirliyindən daha çox virusun özünü aparmasından asılıdır. Lakin Təhsil Nazirliyinin üzbəüz dərs keçmək haqqında verdiyi qərar çox sevindirici haldır.
Koronavirus nə qədər qorxunc olsa da, bizim üçün təhlükə törətsə belə biz bu cinayətkarın üzərinə gedirik. Biz təhsilə qayıtmaq istəyirik. Bu çox yaxşı haldır. Alqışlamaq lazımdır”.
Ekspertin sözlərinə görə, valideynlər tədris müəssisələrinin açılmasına inanmamaqda haqlıdırlar: “Valideynlərin inanmaması məsələsi də var. Onlar da haqlıdırlar. Sabah elə situasiya yarana bilər ki, Təhsil Nazirliyinin qəbul etdiyi bu qərarlar dayandırılar.
Allah bizi o haldan uzaq etsin. Ona görə də valideynlər, vətəndaşlar hamısı çalışmalıdır ki, koronavirusun yayılma imkanlarını məhdudlaşdırsınlar”.
Ş.Əsgərovun fikrincə, kontakların sayını minimuma endirmək lazımdır: “Bir sözlə kontaktların sayını minimuma endirmək lazımdır. Dostlarla, qohum-əqraba ilə kontaktı azaltmaq, qaydalara riayət etmək lazımdır. Maska, distansiya, bunların hamısına əməl olunmalıdır.
Düzgün əməl olunsa, biz koronavirusu cilovlaya bilərik. Nəinki biz dünya koronavirusu hələ də cilovlaya bilmir”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.