banner
banner

Sosİal

Azərbaycanda oksigen istehsalı kəskin artıb - CƏDVƏL

Azərbaycanda oksigen istehsalı kəskin artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 147,9 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən Cia.az-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 62,1%, rezin və plastik kütlə məmulatlarının istehsalında 17,5%, kimya sənayesi məhsullarının istehsalında isə 5,8% artıb.

Hesabat dövründə ölkədə 6 455,3 min kubmetr oksigen istehsal olunub ki, bu da illik ifadədə 3,9 dəfə çoxdur. İstehsal olunmuş oksigenin 6 431,3 min kubmetri (artım 4 dəfə) əmtəəlik oksigenin payına düşüb.

Məlumata görə, əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 2,1 dəfə, rezin və plastik kütlə məmulatlarından plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı isə 4,1 dəfə artıb.

Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2021-ci il, yanvar-avqust

2020-ci ilin müvafiq ayına nisbətən, %

Azot, min kubmetr

15 045,2

101,1

ondan əmtəəlik

611,2

2,1 dəfə

Yod, ton

110,7

89,7

Oksigen, min kubmetr

6 455,3

3,9 dəfə

ondan əmtəəlik

6 431,3

4 dəfə

Propilen, min ton

93,5

121,3

ondan əmtəəlik

87,7

120

Polietilen, min ton

106,8

104,4

Etilen, min ton

108,8

106,6

Metanol (metil spirti), min ton

197,2

60,3

Lak-boya məmulatları, ton

18 199,1

2,1 dəfə

Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton

28 746,8

129,5



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.