Azərbaycanda oksigen istehsalı kəskin artıb - CƏDVƏL
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 147,9 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən Cia.az-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 62,1%, rezin və plastik kütlə məmulatlarının istehsalında 17,5%, kimya sənayesi məhsullarının istehsalında isə 5,8% artıb.
Hesabat dövründə ölkədə 6 455,3 min kubmetr oksigen istehsal olunub ki, bu da illik ifadədə 3,9 dəfə çoxdur. İstehsal olunmuş oksigenin 6 431,3 min kubmetri (artım 4 dəfə) əmtəəlik oksigenin payına düşüb.
Məlumata görə, əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 2,1 dəfə, rezin və plastik kütlə məmulatlarından plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı isə 4,1 dəfə artıb.
Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:
Məhsul növləri
2021-ci il, yanvar-avqust
2020-ci ilin müvafiq ayına nisbətən, %
Azot, min kubmetr
15 045,2
101,1
ondan əmtəəlik
611,2
2,1 dəfə
Yod, ton
110,7
89,7
Oksigen, min kubmetr
6 455,3
3,9 dəfə
ondan əmtəəlik
6 431,3
4 dəfə
Propilen, min ton
93,5
121,3
ondan əmtəəlik
87,7
120
Polietilen, min ton
106,8
104,4
Etilen, min ton
108,8
106,6
Metanol (metil spirti), min ton
197,2
60,3
Lak-boya məmulatları, ton
18 199,1
2,1 dəfə
Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.