banner
banner

Gündəm

Sevgilisini öldürən oğlan: Kaş ki, fahişə olardı ... - FOTO

Sevgilisini öldürən oğlan: Kaş ki, fahişə olardı ... -

Türkiyədə sevgilisini öldürən gənc məhkəmədə verdiyi ifadələrlə hər kəsin marağına səbəb olub. Cia.az-ın məlumatına görə, Kütahya vilayətində yaşayan 24 yaşlı İbrahim Keskin sevgilisi 22 yaşlı Azime Erdoğmuşu küçənin ortasında güllələyib.
Gənc oğlan əvvəlcə maşını saxlayıb və qızı avtomobildən düşürüb. Onu küçədə döyüb və ürəyindən iki dəfə güllə ilə vurub. Qız qan içində yerə yıxılıb. Oğlan isə maşına minərək gedib. Bir neçə metr getdikdən sonra avtomobili saxlayıb və geri qayıdaraq qızın başından güllələyib.
Polis tərəfindən saxlanılan İbrahim Keskin verdiyi ifadədə “əgər onu öldürməsəydim, fahişə olacaqdı” deyib. Lakin sonradan hərəkətindən peşan olduğunu deyən İ. Keskin cinayəti içkinin təsirindən törətdiyini bildirib.

“Azime ilə birlikdə maşında gedirdik. Birdən keçmiş sevgilim mənə mesaj göndərdi. Mesajı oxuduqdan sonra Azime dəli oldu. Mənimlə dalaşmağa başladı. “Sənin kişilik qürurunla oynayacağam. Elə edəcəyəm ki, dostlarının üzünə baxa bilməyəcəksən. Sənin bütün dostlarınla yatacağam. Yoldan ötənlə də yatacağam. Hər kəsə də, sənin sevgilin olduğunu deyəcəyəm” dedi", - deyə İbrahim Keskin bildirib.
Qatil əlavə edib ki, indi sevgilisini öldürdüyünə görə çox peşmandır: “Kaş ki, fahişəlik edərdi, amma sağ olardı”.
Məhkəmədə dövlət ittihamçısı İbrahim Keskin üçün ömürlük cəza istəyib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.