Polis əməkdaşları tərəfindən qapalı məkanlar və yeraltı piyada keçidlərindəki ticarət obyektlərində tibbi maskadan istifadə etməyən şəxslərə qarşı nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Cia.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Növbəti belə tədbir bu gün Nəqliyyatda Baş Polis İdarəsi və Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı Dəmir Yol Vağzalının yaxınlığında yerləşən yeraltı piyada keçidlərində fəaliyyət göstərən ticarət obyektlərində təşkil edilib.
Tədbir zamanı həmin ticarət mərkəzləri, yeraltı piyada keçidləri və digər obyektlərində sanitar-karantin qaydalarına əməl olunmasına nəzarət polis əməkdaşları tərəfindən gücləndirilib. Aparılan yoxlamalar zamanı bir neçə obyektdə və yeraltı keçidlərdə bəzi vətəndaşlar tərəfindən sanitar-gigeyenik qaydalara əməl olunmadığı aşkar edilib. Həmin obyektlər və tibbi maskadan istifadə etməyən şəxslər barəsində polislər tərəfindən inzibati protokollar tərtib edilib.
Tədbir zamanı Bakı Dəmir Yol Vağzalının yaxınlığında yerləşən yeraltı piyada keçidlərində fəaliyyət göstərən ticarət mərkəzlərində sanitar-karantin qaydalarına əməl etməyən 20-yə yaxın şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib, 42 nəfərə isə tibbi maskadan düzgün istifadə etmədiyi üçün polislər tərəfindən xəbərdarlıq olunub.
"Qeyd edək ki, paytaxt ərazisində, o cümlədən bölgələrdə sanitar-karantin qaydalarına əməl olunmasına nəzarətin təmin olunması məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək", - Mətbuat xidmətindən bildirilib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.