Azərbaycanda yoluxanların sayı yenə azaldı: 24 nəfər öldü
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 178 yeni yoluxma faktı qeydə alınıb, 2 322 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cia.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 477 587 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 444 053 nəfər müalicə olunaraq sağalıb, 6 394 nəfər vəfat edib. 27 140 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 331, bu günə qədər isə ümumilikdə 4 790 724 test icra olunub.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.