Cia.az-ın xəbərinə görə, bu barədə İranın mədəni irs, əl işləri və turizm naziri İzzətullah Zərğami bildirib.
Onun sözlərinə görə, İran Prezidenti Seyid İbrahim Rəisi Nazirlər Kabinetinin iclasında ölkəyə səfər etmək üçün vizaların verilməsi və quru sərhədlərindən turistlərin gediş–gəlişi üçün lazımi infrastrukturun hazırlanmasına göstəriş verib.
Nazir qeyd edib ki, artıq aidiyyəti qurumlara, o cümlədən sərhəd-buraxılış məntəqələrinə bununla bağlı göstəriş verilib. Məlumatda qeyd olunur ki, sərhədlərdən giriş-çıxış üçün hava nəqliyyatında olduğu kimi turistlər peyvənd pasportu və PCR analizi təqdim etməli, eləcə də İranın Səhiyyə Nazirliyinin sağlamlıq protokollarına əməl etməlidirlər.
Məlumata görə, oktyabr ayının 23-dən İraq, Əfqanıstan, Türkiyə, Azərbaycan, Naxçıvan Muxtar Respublikası, Ermənistan və Pakistanla quru sərhədlərini açacaq. Quru sərhədlərindən sərnişin avtobusları və şəxsi avtomobillərlə də gediş-gəlişə icazə veriləcək
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.