banner
banner

Gündəm

Bağdad Amreyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

Bağdad Amreyevdən Zəngəzur dəhlizi ilə bağlı

“Mən konfransda öz çıxışımda Zəngəzur dəhlizi haqqında danışdım. Azərbaycanın tarixi Zəfərindən sonra nəqliyyat dəhlizləri, tranzit daşımaların yaxşılaşdırılması istiqamətində çox gözəl imkanlar yaranıb. Hətta deyərdim ki, siyasi iradə olduqda çox böyük dəyişikliklər ola bilər”.

Cia.az xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyev Azərbaycanın media nümayəndələrinə açıqlamasında bildirib.

O qeyd edib ki, bu cür siyasi iradəni isə Prezident İlham Əliyev nümayiş etdirdi:

 

“Azərbaycan Prezidenti bu tarixi məqamı maksimal şəkildə dəyərləndirməyi təklif edib. Ermənistanın da bu mövzuda konstruktiv mövqedən çıxış edəcəyinə ümid edirəm. Bilirəm ki, Türkiyə, Rusiya və İran da bu məsələyə müsbət yanaşır.

Bu dəhliz, əlbəttə ki, bizim üçün bütün türk ölkələrinin birləşməsi, bölgə üçün isə yeni imkanlar deməkdir. Bu, eyni zamanda, uzun müddət nəqliyyat layihələrindən kənar qalan Ermənistan üçün də yeni imkanlar yaradır”.

Türkiyənin təşkilatçılığı ilə keçirilən XII Nəqliyyat və Rabitə Şurasının toplantısında bu sahə üzrə fəaliyyət göstərən nazirlərin, irimiqyaslı nəqliyyat şirkətlərinin rəhbərlərinin, dövlət nümayəndələrinin, diplomatların, bir sözlə dünyanın bütün aidiyyəti qurumlarının iştirak etdiyini bildirən B.Amreyev deyib:

“Burada yeni logistik imkanlar və onların perspektivləri, bu sahə üzrə yeniliklər müzakirə olunur. Bu gün dünyada daşınacaq yükün həcmi sürətlə artır. Hazırda 2 və 2,5 dəfə artım müşahidə edilir. Bu böyük rəqəmdir və lojistika bunu qarşılaya bilmir.

Əlbəttə ki, bu məsələnin həlli üçün yeni yollar, marşrutlar, həll üsulları tapmaq lazımdır. Belə həll yolları isə xüsusilə türk regionunda, Türk Şurasına üzv ölkələrdə var. Biz də onların dəyərləndirilməsi, ölkələrimiz arasında bu sahə üzrə mövcud qanunvericiliyin uyğunlaşdırılması istiqamətində aktiv şəkildə işləyirik.

Xüsusilə, şərq-qərb istiqamətindəki yeni dəhlizlər dəyərləndirilir. Buna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu da daxildir. Yükdaşıma rüsumlarının azaldılması da əsas müzakirə mövzularından biridir.

Orta dəhlizin bizim və bütün dünyanın maraqları daxilində işləməsi, eləcə də aktivləşməsi istiqamətində işlər görürük. Dövlət səviyyəsində də bununla bağlı çox sayda görüşlər keçirilir.

Oktyabrın 14-də nəqliyyat nazirlərinin Budapeştdə görüşləri nəzərdə tutulur. Orada da həllini gözləyən bəzi məsələlər müzakirə olunacaq.

Hazırda elə dövrdə yaşayırıq ki, nəqliyyat yalnız gəlir mənbəyi olmamalı, ticarətin, iqtisadi inkişafın stimullaşmasında da rol oynamalıdır. Bizim üçün isə xüsusilə, ölkələrimiz arasında iqtisadi yaxınlaşmaya səbəb olmalıdır. Bu bizim əsas məqsədimizdir və düşünürəm ki, bir çoxları bu yanaşmada bizimlə həmfikirdir”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.