banner
banner

Sosİal

Hava şəraiti ilə bağlı açıqlama: “Ayın 8-dək davam edəcək”

Hava şəraiti ilə bağlı açıqlama:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkədə mövcud hava şəraiti haqda açıqlama yayıb.

İdarədən Cia.az-a daxil olan xəbərə görə, oktyabrın 07-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub, dağlıq ərazilərdə qar yağıb, yağan leysan yağışlar nəticəsində çaylarda sululuq artıb. 

Düşən yağışın miqdarı: Zaqatala, Astarada 30.0 mm, Lerikdə 26.0 mm, Vəlvələçay-Təngəaltı, Balakən, Ağstafada 21.0 mm, Tovuzda 20.0 mm, Quba, Qusarda 19.0 mm, Oğuzda 17.0 mm, Şəki, Kişçayda (Şəki) 16.0 mm, Yardımlıda 15.0 mm, Altıağacda 14.0 mm, Nabranda 13.0 mm, Şabranda 11.0 mm, Sarıbaşda (Qax) 10.0 mm, Qəbələdə 9.0 mm, Gədəbəydə 7.0 mm, Girdimançay-Qaranohur, Xaltan, Cəfərxan, Şəmkir, Şirvan, İsmayıllı, Ağsu, Cəfərxan, Ceyrançöldə 6.0 mm, Xınalıq, Ləzə, Lənkəranda 5.0 mm, Göygöl, Beyləqan, İmişli, Xaçmazda 4.0 mm, Şahdağ, Ağdərə (Ordubad), Sabirabad, Daşkəsəndə 3.0 mm, Qrız, Gəncə, Ağdam, Göyçay, Tərtər,Zərdabda 2.0 mm, Naxçıvan, Şərur, Sədərək, Bərdə, Mingəçevir, Salyan, Yevlax, Kürdəmir, Neftçala, Biləsuvar, Naftalan, Qazıməmməd, Bakıda 1.0 mm-dək  olub.

Qar örtüyünün hündürlüyü: Şahdağda 8 sm, Xınalıqda 4 sm, Qrızda 2 sm, Ləzədə 1 sm olub.

Külək: Şimal-şərq küləyi Hacıqabul, Neftçala, Gəncədə 20 m/s, Şamaxı, Naftalanda 18 m/s, Bakıda və Abşeron yarımadasında arabir 15-18 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının verdiyi məlumata əsasən dalğanın hündürlüyü 3.2  metrə çatıb.

Havanın temperaturu: Oktyabrın 06-da Bakıda iqlim normasından 1.8° aşağı olub,  havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 18°-dək  isti, aran rayonlarında 15-19° isti, dağlıq rayonlarda 7°-dək isti, Naxçıvan MR-da 17-21° isti, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13° isti, aran rayonlarında 11°-dək isti, dağlıq rayonlarda 5°-dək isti, Naxçıvan MR-da 12°-dək isti olub. 

Qeyd: Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti oktyabrın 08-dək davam edəcək, 08-i gündüz, 09-da əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var.  Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-19°, aran rayonlarında 19°-dək, dağlarda 3-8° isti olacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.