Bu yaşayış massivinin sakinlərinin problemi dinlənildi
“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası uğurla davam edir. Daxil olan çoxsaylı müraciətlər nəticəsində vətəndaşların problem və təkliflərini dinləmək üçün bu dəfə “Səyyar qəbul otağı” Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində qurulub.
İki saat ərzində Birliyin “Açıq mikrofon”u bu massivin sakinlərinin ixtiyarında olub. Aksiyada iştirak edən vətəndaşlar yaşadıqları yeni yaşayış massivində təbii qazdan istifadə edə bilmədiklərini, alternativ yanacaq mənbəyi kimi odunla bağlı da problemlərinin olduğunu bildirərək mavi yanacaqla təmin olunmalarını xahiş ediblər. Ünvanlanan hər bir müraciət qeydiyyata götürülərək, Birliyin baş direktoru Ruslan Əliyevə təqdim olunacaq. Mövcud durum araşdırıldıqdan sonra baş direktor məsələ ilə bağlı müvafiq qərar verəcək.
Qeyd edək ki, bu gün təşkil olunan aksiya sayca 20-cidir. İndiyədək təşkil olunan “Açıq mikrofon” aksiyalarının hər birində ünvanlanan müraciətlərin həlli istiqamətində Birlik tərəfindən işlər görülür, bir çoxunda isə artıq işlər yekunlaşdırılıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.