banner
banner

Gündəm

DİN-dən valideynlərə ÇAĞIRIŞ: “Təşvişə düşməyin”

DİN-dən valideynlərə ÇAĞIRIŞ: “Təşvişə düşməyin”

Son günlər məktəblərdən uşaqların oğurlanması ilə bağlı səs yazıları yayılır.

“WhatsApp”da yayılan səs yazısında iddia edilib ki, Bakı və Sumqayıt şəhərləri ərazisində məktəblərdə uşaqların oğurlanmasına cəhd edilib.

Məsələ barədə Cia.az Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb.

DİN-nin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, valideynlərin təşvişə düşməsinə əsas yoxdur:

“Sosial şəbəkədə yayılan səs yazıları ilə bağlı araşdırma aparılır. İlkin qənaət ondan ibarətdir ki, bu, tamamilə yalan və cəfəngiyyatdır, təxribat məqsədi daşıyır”.

“DİN-ə səs yazısında iddia olunan hallarla bağlı hər hansı şikayət, yaxud müraciət daxil olmayıb”, - deyə E.Hacıyev əlavə edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.