banner
banner

Gündəm

“Türkiyəyə dərs vermək heç kimin həddinə deyil”

“Türkiyəyə dərs vermək heç kimin həddinə deyil”

“Türkiyəyə dərs vermək heç kimin həddinə deyil”.

Cia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərindən geri dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ərdoğan 10 ölkənin səfirlərinin Türkiyədə “Gəzi Parkı” hadisələrinə görə həbsdə olan iş adamı Osman Kavala ilə bağlı yaydıqları bəyanata da münasibət bildirib. 

 

“Avropa İnsan Haqqları Məhkəməsi bir qərar verib. Sorosun artığı olan bu Kavala ilə bağlı Türkiyəni burada mühakimə etmək istəyirlər. 10 səfir bu açıqlamanı niyə verib?! Bu Soros artığını müdafiə edənlər onu necə azad edə bilərlər deyə çalışırlar. Xarici işlər nazirimizə bildirmişəm ki, onları ölkəmizdə qəbul etməyə məcbur deyilik. Türkiyəyə belə bir dərs vermək sizin həddinizədirmi? Siz kimsiniz?

Siz öz ölkənizdəki quldurları, qatilləri, terrorçuları azadlığa buraxırsınız? Amerika, Almaniya, hansı bu günə kimi belə bir addım atıb? Etməyiblər və etməzlər”, - deyə Türkiyə Prezidenti qeyd edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.