banner
banner

Sosİal

Zəngilanda işləmək istəyənlər oxusun - İŞ YERLƏRİ AÇILDI

Zəngilanda işləmək istəyənlər oxusun -

Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonuna səfər ediblər.

Cia,az xəbər verir ki, dövlət başçısı və birinci xanım rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar.

Qeyd edək ki, hazırda layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir.

Hazırda Zəngilanda özəl investisiya və məşğulluq layihələri mövcuddur. Bu layihələr sayəsində vətəndaşlar üçün yaradılan iş yerlərinin siyaıhısını təqdim edirik:

Camışçılıq ferması və camış südünün emalı: 30 iş yeri

Əmtəə betonunun istehsalı zavodu: 23 iş yeri

İntensiv xurma bağları: 100 daimi və mövsümi iş yeri

Otel və turizm: 30 iş yeri

İctimai iaşə obyektləri: 44 iş yeri

Kənd təsərrüfatı: 200 daimi və mösümi iş yeri

Dövlət müəssisələri: 80 iş yeri.

Məlumat üçün bildirək ki, iş axtaran hər kəs e-sosial.az portalı üzərindən Məşğulluq Alt Sisteminə daxil olaraq işsiz və iş axtaran kimi öz qeydiyyatını apara bilərlər. İnternetə çıxışı olmayan və elektron platformadan istifadə etməyi bacarmayan vətəndaşlar isə öz əraziləri üzrə məşğulluq filiallarına yaxınlaşaraq Zəngilan və rayonlardakı vakansiyalar barədə məlumat ala bilərlər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.