banner
banner

Gündəm

“Füzulidən İstanbula gediş-gəliş olacaq” - Ərdoğan

“Füzulidən İstanbula gediş-gəliş olacaq”

“İnşallah Füzulidən İstanbula gediş-gəliş olacaq”.

Cia.az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyasının iclası zamanı deyib. 

 

“Dünən Azərbaycandaydıq. Yeni hava limanının açılışını etdik. İnşallah Füzulidən İstanbula gediş-gəliş olacaq. Bu yolların tikintisi ilə bağlı işlər davam etdirilir”, - deyə Ərdoğan bildirib.

Bununla yanaşı, Türkiyə Prezidenti dəmir və magistral yolların inşa edildiyini də vurğulayıb: “İnşallah Azərbaycan çox qısa müddət ərzində barmaqla göstəriləcək ölkələr arasında yer alacaq. Ermənilərin döşədiyi minalar təmizlənir. Həmin ərazilər kənd təsərrüfatı sahələrinə çevrilir”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.