banner
banner

Şou

Məşhur müsəlman cütlük qalmaqallı şəkildə AYRILDI

Məşhur müsəlman cütlük qalmaqallı şəkildə

Məşhur model Cici Hadid sevgilisi müğənni Zayn Malikdən qalmaqallı şəkildə ayrılıb.

Cia.az Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb modelin anası İlondanın ifaçını ailədaxili zorakılıqda ittiham etməsi olub. Onun sözlərinə görə, Zayn evlərinə gələndə onu vurub.

 

İfaçı münaqişə ictimaiyyətə məlum olduqdan sonra hadisə ilə bağlı açıqlama yaymalı olub:

"Bildiyiniz kimi, mən özəl insanam və qızım (red. - Cici Hadidən olan qızı Xai) üçün təhlükəsiz yer yaratmaq istəyirəm - şəxsi məsələlərin ictimaiyyətə açıqlanmadığı bir yer. Onu qorumaq üçün sevgilim evdə olmayanda içəri girən bir ailə üzvü (qayınanasını nəzərdə tutur - red.) ilə etdiyim mübahisədən qaynaqalanan iddialara etiraz bildirməməyə razılaşdım. Bu, şəxsi məsələ idi və belə də qalmalıdır. Amma görünür, bu nöqtədə fikir ayrılığı var. Qızımın layiq olduğu valideyn olmağa çalışıram. Buna görə də hər şeyi dinc bir ailə mühitində həll etmək səylərimə baxmayaraq, bu, mətbuata sızdırıldı".

O, daha sonra bəyanat yayaraq, məişət zorakılığı ittihamlarını rədd edib və sevgilisinin anasına toxunmadığını vurğulayıb. Zayn İlondanın saxta ittihamlarına yenidən baxmağa və məsələləri ailə daxilində həll etməyə çağırıb.

Qeyd edək ki, 2016-cı ildən bəri eşq yaşayan cütlük dəfələrlə küsüb-barışıblar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.