banner
banner

Sosİal

"Smart kart tipli sayğaclar bütün dünyada bazardan çıxır" - "Azəriqaz"

"Smart kart tipli sayğaclar bütün dünyada bazardan çıxır" -

"Mexaniki sayğacların üzərinə quraşdırılan qurğular birbaşa olaraq həmin sayğacı nəzarətdə saxlamağa, onun oxunuşunu həyata keçirməyə imkan verəcək".

Cia.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün media nümayəndələri üçün keçirilən “Açıq qapı” zamanı bildirib.

"Artıq 50 minə yaxın bu tip sayğac əsasən yeni tikilmiş binalarda quraşdırılıb. Bu proseslə yanaşı smart kart tipli sayğacların istismarı, alışı dayandırılmayıb. Hazırda da anbarlarda kifayət qədər bu tip sayğac var. Bununla abonetlər üçün seçim imkanı saxlamışıq", - R. Əliyev qeyd edib.

Onun sözlərinə görə, ay ərzində cəmi 10-15 abonent sonradan ödəniş sayğacının əvvəlcədən ödəniş sayğacı ilə əvəz edilməsi ilə bağlı bizə müraciət edir: "Smart kart tipli sayğaclar artıq bütün dünyada bazardan çıxır. Heç bir qaz satışı həyata keçirən müəssisələrdə artıq onlar yoxdur. Avropanın özündə bu gün adi mexaniki tipli sayğaclardan istifadə olunur. Adətən smart kart tipli sayğaclar abonentin ödənişi həyata keçirə bilmədiyi zaman quraşdırlır. Bizdə isə abonetlərin ödəniş səviyyəsi çox yüksəkdir. Bu ilin 9 ayının nəticələrinə görə yığım səviyyəsi 100 %-in üzərindədir".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.