Bakıda keçiriləcək "Gül bayramı" ilə əlaqədar hazırlıq işləri artıq yekunlaşmaq üzrədir. Bakı Şəhər İcra Hakimiyyətindən ANS PRESS-ə verilən məlumata görə, paytaxtın bütün park və istirahət mərkəzləri bəzədilir.
Parklarda müxtəlif növ güllər əkilib. Gül kompazisiyaları arasında ölkənin milli adət-ənənələrini əks etdirən atributlar, tarxi abidələr var. Bundan başqa, Bakı-2015 Birinci Avropa Oyunlarını tərənnüm edən loqo formalı gül çələngləri də hazırlanır.
Əhalinin ən çox axın etdiyi Heydər Əliyev Sarayının qarşısındakı parkda da hazırlıq işlərinə yekunlaşmaq üzrədir. Çiçəklərin formaya salınması üçün lazım olan taxta və dəmir konstruksiyaların quraşdırılmasına başlanılıb. Hazırlıqların görülməsi üçün parkda xüsusi çadırlar qurulub. Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə görülən işlərdə güllərin düzülməsi mərhələsinə kimi hazırlıqların mayın 5-nə qədər yekunlaşması nəzərdə tutulur. Qeyd edək ki, ötən illərdən fərqli olaraq, bu il təkcə Heydər Əliyev Sarayının qarşısındakı parkı deyil, həmçinin “Qış bulvarı”nı da bəzəyəcəklər. Bayramla bağlı Bakıya Hollandiya, İtaliya, Fransa, Almaniya və digər ölkələrdən müxtəlif növ güllər gətiriləcək. Heydər Əliyev Sarayının qarşısındakı parkda yerli dizaynerlərlə yanaşı, xarici ölkələrdən gələn dizaynerlər də çalışacaq. Builki gül bayramında fərqli mənzərələrin də şahidi ola biləcəyik.
Belə ki, Heydər Əliyev sarayının qarşısındakı parkda, Azərbaycanın müxtəlif tarixi abidələrinin maketini də görmək mümkün olacaq.
Bundan başqa, hər il olduğu kimi bu il də Bakı bulvarında mövsümü güllərin, kolların və ağacların əkilməsinə başlanılıb. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov ANS PRESS-ə verdiyi məlumata görə, "Gül bayramı" ilə əlaqədar bulvar ərazisi də bəzədiləcək. Mövsümü güllər əkiləcək.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.