banner
banner

Gündəm

Nazir müavininin açıqlamasını tənqid etdi

Nazir müavininin açıqlamasını tənqid etdi

Bir çox sahədə dövlət rüsumlarının artırılması ilə bağlı hökumətin parlamentə verdiyi təkliflər son günlər müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri və ictimai şəxslər bunun əsaslandırılmasını istəyiblər. Rüsumların artırılması ilə bağlı açıqlama verən maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, səbəblərdən biri də kağızın qiymətinin artmasıdır.

Cia.az  xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz nazirlik rəsmisinin mövqeyini tənqid edib:

O bildirib ki, əslində hökumətin rəqəmsallaşma sahəsində gördüyü işlər rüsumların azaldılmasına səbəb olmalıdı idi: “Dövlət  rüsumlarının artırılması səbəbini izah edən nazir müavini Azər Bayramov bunu həm də son 10-15 ildə kağızın qiymətinin və çap xərclərinin artması ilə əsaslandırıb. Hörmətli nazir müavininin diqqətinə çatdırıram ki, son 10-15 ildə hökumət büdcədən rəqəmsallaşma və elektron hökumət quruculuğuna da milyonlarla manat vəsait ayrılıb. Bəs bunun nəticələri necə oldu, məntiqlə rəqəmsallaşma qiymətləri, xərcləri və rüsumları endirməliydi axı.

Digər dövlət qurumları da açıqlamalar verirlər ki, elektronlaşma , rəqəmsallaşma əsasında effektivlik təmin olunur, xərclər azalır, operativlik artır və s. İndi biz kimə inanaq? Anlaşılmazdır ki, əgər kağızın üzərində  siyasət quracaqdıqsa, onda elektronlaşmaya milyonlar ayrımaq nəyə lazımıydı? Belə çıxır ki, ya elektron hökumətə ayrılan xərclər özünü  doğrultmayıb , ya da hökumət təmsilçisi yalan danışır və əsaslandırma yanlışdır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.