banner
banner

Sosİal

Daha bir neçə avtobusda marşrut xətti dəyişdirilir - DİQQƏT

Daha bir neçə avtobusda marşrut xətti dəyişdirilir -

I Avropa Oyunları ilə əlaqədar bir sıra marşrut xətlərində avtobusların hərəkəti dayandırılıb.
“Bakı Sərnişin Nəqliyyat” MMC-nin Dispetçer Xidmətindən bildirildi ki, hərəkəti dayandırılan 14, 32, 25, 90, 53 və 188 saylı avtobuslardır. Bəzi avtobusların marşrut xətti isə oyunlarla əlaqədar qısaldılıb.194 saylı avtobus kimi. 
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun sözlərinə görə, oyunlar ərəfəsində bəzi avtobuslarınsa hərəkət xətti dəyişdiriləcək və bu barədə yaxın günlərdə dəqiq məlumat veriləcək.
Namiq Həsənov bildirdi ki, Koroğlu metrostansiyası istiqamətində bütün marşrut xətti dayandırılacaq və Qara Qarayev səmtə istiqamətləndiriləcək. Həmçinin Koroğlu dairəsində də avtomobillərin parkinqinə icazə verilməyəcək. Sürücülər alternativ yollardan istifadə etməli olacaq.
Bir sözlə sürücülər alternativ yollardan istifadə etməli olacaaqlar. Onu da qeyd edək ki, artıq 95 saylı marşrut xəttində də dəyişiklik olub. Həzi Aslanov metrosundan Füzuli Meydanına qədər gedən marşrutun hazırda son dayanacağı Xətai metrosudur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.