banner
banner

Sosİal

Elektron siqaret və qəlyan aksizə cəlb edilir

Elektron siqaret və qəlyan aksizə cəlb edilir

Qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri də aksiz vergisinə cəlb edilir.

Cia.az xəbər verir ki, bu barədə Vergi Məcəlləsində dəyişikliklərdə bildirilir. Belə ki, qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya burna çəkilən tütünlər – hər kiloqramına 30,0 manat aksiz vergisi tətbiq ediləcək. 

Həmçinin qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədədinə görə aksiz vergisi  14,0 manata qaldırılır. Əvvəl bu rəqəm 12 manat 90 qəpik idi. 

 

Bundan əlavə, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri –hər bir ədədinə 0,25 manat aksiz vergisi tətbiq edilməsi təklif olunur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.