Gələn ildən avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarına görə ödənilən ƏDV-ni geri almaq mümkün olmayacaq.
Cia.az xəbər verir ki, bu barədə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə bildirilir. Bu vaxta kimi isə həmin məhsullara görə alıcılar ƏDV-ni geri ala bilirdi.
Qeyd edək ki, Məcəlləyə dəyişiklik 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.