banner
banner

Gündəm

Rusiyadan Azərbaycanla Ermənistana təklif

Rusiyadan Azərbaycanla Ermənistana təklif

Rusiya Ermənistan-Azərbaycan sərhədinin sonradan demarkasiyası üçün müəyyənləşdirilməsi üzrə danışıqların başlanmasına kömək etməyə hazırdır.

Cia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2020-ci ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının imzalanmasının ildönümü ilə bağlı bəyanatında deyilir.

Qeyd edilir ki, 2020-ci ilin noyabrın 10-da imzalanan bəyanatda vacib müddəa qeyd edilib - regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması: 

 

“Hesab edirik ki, problemin uzunmüddətli həlli Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası prosesinə başlanılması və onun sonradan demarkasiyasıdır. Rusiya lazımi məsləhətçi yardımı göstərməyə, tərəflərin istəyi ilə lazımi kartoqrafik materialları təqdim etməyə, zəngin demarkasiya təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır”.

XİN xatırladıb ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupunun səkkiz iclasının yekunlarına əsasən Ermənistan və Azərbaycan arasında əlaqəni bərpa etmək üçün konkret dəmir yolu və avtomobil marşrutlarını təsvir edən hesabat təqdim edilib. Marşrutların qonşu ölkələrin nəqliyyat kommunikasiyalarına çıxışı mövcuddur, bu isə regionun tranzit cəlbediciliyini artıracaq və əlavə investisiyalar cəlb edəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.