banner
banner

Gündəm

Amnistiyaya düşənlər arasında hərbçilər də var

Amnistiyaya düşənlər arasında hərbçilər də var

Amnistiyaya düşən 17 min nəfərin 15 mini ilə bağlı qərarı Ədliyyə Nazirliyi icra edəcək.

Cia.az xəbər verir ki, bu barədə Zəfər Günü münasibətilə qəbul olunmuş Amnistiya Aktı ilə bağlı Ədliyyə Nazirliyində keçirilən mətbuat konfransında   “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev məlumat verib.

Onun sözlərinə görə, qalan 2 min nəfərlə bağlı məsələ inzibati xarakterli hərbi hissələr və hərbi hissələrin komandanlığı, eyni zamanda, təhqiqat və ibtidai istintaq orqanları tərəfindən icra ediləcək.

 

Hərbi hissələrin komandanlıqlarının nəzarətinə verilən və qanun pozuntusunda şübhəli bilinən hərbçilərin də bir qismi amnistiyaya düşəcək. 

Hərbi məhkəmələrdə cinayət işi davam edən və ya barəsində hökm oxunmuş şəxslər barəsində amnistiya aktını Ədliyyə Nazirliyi icra edəcək. Lakin bəzi hərbçilər var ki, hərbi xidmət dövründə komandanlıq tərəfindən cəzalandırılıblar. Həmin hərbçilərlə bağlı amnistiya aktının icrası da hərbi komandanlıqların üzərinə düşəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.