“Qarşıdakı dövrdə yeni texnologiyalardan və innovativ yanaşmalardan istifadə edərək şəhərlərimizi “ağıllı şəhərlər”ə çevirməliyik”.
Cia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (keçmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası - red.) dövlət başçılarının İstanbulda keçirilən 8-ci zirvə görüşündə çıxışı zamanı deyib.
““Yaşıl zona”nın genişləndirilməsinə yönələn birgə layihələr qəbul etməliyik. İşğaldan azad edilən Zəngilanda başladılan “ağıllı şəhər”in inşası ilə bağlı işlər təqdirəlayiqdir”, - deyə Ərdoğan qeyd edib.
Qeyd edək ki, hazırda Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi üzrə inşaat işləri aparılır. Azərbaycanın “AS Group” şirkəti Zəngilandakı “Ağıllı kənd”in konsepsiyasından başlayaraq layihələndirmə, tikinti, kənd üçün ağıllı həllər, alternativ enerji mənbələrindən istifadə, yeni istehsal sahələrinin yaradılması daxil tam təhvil verilməsi üzrə işləri yerinə yetirir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.