banner
banner

Sosİal

Yasamalda söküləcək nə qədər "xruşovka" var? - RƏSMİ AÇIQLAMA

Yasamalda söküləcək nə qədər "xruşovka" var? - RƏSMİ AÇIQLAMA
 

Bakının Yasamal rayonundakı A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən "xruşovka"ların mərhələli şəkildə söküntüsünə başlanması barədə məlumat vermişdik.

BAKU.WS adı çəkilən ünvandan başqa rayon ərazisində daha hansı binaların söküləcəyi ilə bağlı dəqiqləşdirmə aparıb.

Yasamal Rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov BAKU.WS-ə eksklüziv açıqlamasında bildirib ki, icra olunan layihə üzrə 4 binanın sökülməsi nəzərdə tutulub:

"Hazırda dörd binanın sakinlərinin hələlik birincisi köçürülür. İnsanların binadan köçürülməsi başa çatdıqdan sonra söküntü üçün icazə alınacaq və bu, icra ediləcək. Sonradan yerində bina tikiləcək. Mərhələli şəkildə digər 3 binanın söküntüsünə başlanılacaq.

Yasamal rayonu ərazisində istismar müddəti başa çatmış "xruşovka"lar çoxdur. Təqribən 360 binanın istismar müddəti başa çatıb. Bunlar hamısı "xruşovka"lardır. Bu binalar tələblərə, seysmik normalara cavab vermir, deformasiyalar başlayıb. Bəzi yerlərdə binalar çökür, çatlar əmələ gəlib. Bu binalar artıq öz ömrünü yaşayıb qurtarıb.

Lakin bu binaların hamısının sökülməsi böyük vəsaitlər tələb edir. Hələlik bizdə bu binalarda söküntü işlərinə nə vaxt başlayacağı ilə bağlı məlumat yoxdur".

Qeyd edək ki, binaların sökülməsi layihəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqlənib. Söküntü işini "SmartDom" MMC şirkəti aparır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.