banner
banner

Sosİal

Azərbaycan əhalisinin 26.2 faizini uşaqlar təşkil edir

Azərbaycan əhalisinin 26.2 faizini uşaqlar təşkil edir

“Hazırda Azərbaycanda əhalinin 26.2 faizini uşaqlar təşkil edir”.

Cia.az-ın xəbərinə görə, bunu Uşaqların V Ümumrespublika Forumunda çıxışında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

O qeyd edib ki, Uşaq Məcəlləsinin layihəsi hazırlanıb: “Layihə hazırda müvafiq qurumlarla razılaşdırma mərhələsindədir. Ölkədə bu sahədə problemlər mövcuddur və bu problemlər hamını narahat edir. Qohumlar arasında nikah halları mövcud olaraq qalır. Digər problem uşaqlara qarşı məişət zorakılığıdır. Hazırda yerlərdə icra hakimiyyətlərində gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərir. Onlar tərəfindən belə uşaqlara yardım edilir".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.