"Fatih Harbiye"nin sevgililəri bayram tədbirində - FOTOLAR
Aktrisa Neslihan Atagül və sevgilisi, aktyor Kadir Doğulu "Hıdırellez" ("Xıdır İlyas") bayram tədbirinə qatılıblar. Cütlük Suzan Kardeşin mahnılarının sədaları altında rəqs ediblər. Lakin paparatsilərin çəkilişlərindən narahat olan iki ulduz gecəni yarımçıq tərk ediblər. Qeyd edək ki, N.Atagül və K.Doğulu "Fatih Harbiye" serialında çəkildikdən sonra sevgi münasibətləri yaranıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.