Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1763 yeni yoluxma faktı qeydə alınıb, 2 499 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cia.az verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 572 085 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 535 674 nəfər müalicə olunaraq sağalıb, 7 599 nəfər vəfat edib, aktiv xəstə sayı 28 812 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 271, ötən müddət ərzində isə ümumilikdə 5 431 440 test aparılıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.