banner
banner

Şou

Mətanət İsgəndərlidən yeni açıqlama: “Belimə tullanırlar“

Mətanət İsgəndərlidən yeni açıqlama:

“Əlimin duzu yoxdur, elə adam var ki, nankordur. Dünyanı ona ver, deyəcək ki, mənim üçün nə etmisən?"

Cia.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli deyib. Gəlini ilə uzun müddətdir qalmaqal yaşayan müğənni nəvələrinin onunla qalmaq istədiyini bildirib:

“19 gün reanimasiyada olanda deyirdim ki, Allahım, heç nə istəmirəm. O üç uşağı mənə versinlər, gedim ucqar bir kənddə yaşayım. Ancaq onu arzulayırdım. Şükür ki, sağ-salamat balalarımın yanındayam. Anaları nə vaxt istəyir, gəlib aparır. Uşaqlar ürəyi istəyəndə gedirlər. Həyatda məcbur heç nə yoxdur, dayanmaz, ağlayıb özünü öldürər, fikir edər. Uşaqlar çox həssas olurlar. Yanımda özlərini o qədər xoşbəxt sayırlar ki, evə girəndə üzümdən öpürlər, belimə tullanırlar, sevinirlər”.

Sənətçi hər zaman vicdanının rahat olduğunu qeyd edib:

“Həmişə taleyə, qismətə inanmışam. Həyat bir imtahandır, çalışıb üzüağ çıxmaq lazımdır. Gərək vicdansızlıq etməyəsən, vicdan əzabından pis heç nə yoxdur. Bilirəm ki, vicdanım rahatdır. Çünki heç kəsə vicdansızlıq etmərəm. Əlimin duzu yoxdur, elə adam var ki, nankordur. Dünyanı ona ver, deyəcək ki, mənim üçün nə etmisən?”

Qeyd edək ki, Əməkdar artistin oğlu Kərim və gəlini Canana aylar öncə ayrılıb. Məhkəmə qərarı ilə cütlüyün üç övladı atada qalıb. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.