banner
banner

Gündəm

“Bakı növbəti dəfə İrəvanı qabaqladı” - Erməni KİV

“Bakı növbəti dəfə İrəvanı qabaqladı”

“Bakı növbəti dəfə İrəvanı qabaqlayıb”.

Cia.az xəbər verir ki, bunu Ermənistanın “Hraparak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, dünən Rusiyanın Kemerovo vilayətində mədəndə baş vermiş faciə ilə əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyev dünən, Xarici İşlər Nazirliyi isə bu gün Rusiyaya öz başsağlığını verib.

 

Bildirilir ki, İlham Əliyevin ünvanladığı başsağlığı məktubu həm Azərbaycan, həm də Rusiya mediası tərəfindən dərc olunub. Bununla belə, nə Ermənistanın Baş nazirinin, nə də Xarici İşlər Nazirliyinin saytında Rusiyaya ünvanlanan başsağlığına rast gəlmək mümkün olmayıb. 

“Rusiya bizim üçün strateji tərəfdaşdır. İnsanlıq bir yana, rəsmi başsağlığı xüsusilə də bu gün Soçidə keçiriləcək üçtərəfli görüş fonunda diplomatik bir addımdır. Bu kiçik bir detal kimi görünsə də, lakin belə deyil. Bakı yenə İrəvanı qabaqladı. Və Ermənistandan indi Rusiyaya başsağlığı verilsə, bu, “qazı bitmiş mineral suya” bənzəyəcək. İrəvanın bu yöndəmsiz işi nə qədər davam etdirəcəyi isə məlum deyil”, - deyə qəzet yazıb.

Qeyd edək ki, Rusiyada mədəndə baş verən partlayış nəticəsində 52 nəfər həlak olub, daha  63 nəfər xəsarət alıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.