Xəbər verdiyimiz kimi, Cəbrayıl rayonunda 41 yaşlı Natiq Mamedov tikinti işləri aparan zaman minaya düşüb.
Cia.az xəbər verir ki, N. Mamedovun minaya düşdüyü yerin görüntüləri yayılıb. Videoda həmin şəxsin sürünərək hadisə yerindən çıxmağa çalışması görünür. Görüntünü çəkən şəxslər minaya düşən kimi N.Mamedovun ayağını itirdiyini qeyd ediblər.
Xatırladaq ki, Baş Prokurorluğun rəsmi məlumatına görə, Natiq Mamedovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı travmatik amputasiya olunub.
İctimai TV-yə istinadən sözügedən videonu təqdim edirik:
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.