banner
banner

Gündəm

Kolleclər universitetlərin nəzdinə keçəcək

Kolleclər universitetlərin nəzdinə keçəcək

Azərbaycanda kolleclərin ali məktəblərin nəzdinə keçirilməsi prosesinə başlanacaq. Bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Xəzər Avropa Klubunun üzvləri ilə görüşündə deyib.
Nazirin sözlərinə görə, bu, bir tərəfdən resurslardan daha faydalı istifadəni təmin edə, digər tərəfdən orta ixtisas təhsili müəssisələrində təhsilin keyfiyyətinin artırılması və onlara marağın artırılmasına xidmət edə bilər. "Təbii ki, biz burada ixtisaslara baxacağıq".
M.Cabbarov həmçinin qeyd edib ki, Azərbaycanda 1,3 milyon nəfər şagird olduğu halda, onların yalnız 10 min nəfəri özəl məktəblərdə oxuyur. Bu isə ümumi şagirdlərin 1 faizindən də azıdır. 

"Azərbaycanın özəl məktəbləri ilə dövlət məktəblərinin sayı arasında natarazlıq var. Ancaq burada məqsəd kimisə günahlandırmaq deyil, məqsəd ondan ibarətdir ki, hansı resurslarla hansı nəticəni real şəkildə vermək iqtidarındayıq". M.Cabbarov bildirib ki, yeni dərs ilindən orta məktəblərin yuxarı siniflərində təmayülləşmənin tətbiqi genişləndiriləcək.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.