banner
banner

Sosİal

Tarix dərslikləri dəyişir

Tarix dərslikləri dəyişir

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu orta məktəblərin tarix dərsliklərindəki bəzi mövzuların yenidən işlənməsi üçün tədqiqatlara başlayıb.
Bunu Milli Məclisin deputatı, institutun direktoru Yaqub Mahmudov deyib.
Dərsliklərdəki bəzi mövzuların yenidən işlənməsini zəruri sayan Y.Mahmudov "Trend"ə bildirib ki, tarix dərsliklərində Azərbaycan tarixi ilə bağlı məlumatlar lazımınca işıqlandırılıb. Amma dərsliklərdə başqa ölkələrin tarixi olduğu kimi təqdim edilməyib: "Biz Çar Rusiyasının, ABŞ-ın, Fransanın siyasəti ilə bağlı məsələlərə yenidən baxmalıyıq. Yəni Azərbaycana basqı mövqeyindən yazılmış materialları yenidən işləyərək dərsliklərdəki paraqrafları, fəsilləri dəyişib yeni şəkildə təqdim etməliyik. Çünki o ölkələrin əksəriyyəti Azərbaycana sərvət dalınca, buraya möhkəmlənməyə, işğal etməyə gəlib. Ölkələrin bu siyasətləri isə dərsliklərdə düzgün verilməyib."
İndi yeni dərsliklər üzərində işə başladıqlarını deyən Y.Mahmudov bu nöqsanların yaxın illərdə aradan qaldırılacağını söyləyib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.