Rusiyanın tanınmış müğənnisi Jasminin həyat yoldaşı həbs olunub. Jasminin əri İlan Şor Moldovadakı üç kommersiya bankından vəsaitlərin qeyri-qanuni çıxarılması ittihamı ilə saxlanılıb. İş adamı Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Mərkəzə aparılıb. Şor bir milyard dollarlıq Moldova və Rusiya banklarında şübhəli maliyyə əməliyyatında günahlandırılır. İddia olunur ki, oğurlanmış vəsaitlər avro və dollarla kreditləri kimi ofşor şirkətlərin hesabına köçürülüb. Qeyd edək ki, iş adamı İlan Şor hazırda Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Mərkəzində dindirilir. 27 yaşlı Şor Moldovadakı ticarət mağazaları şəbəkəsinin baş direktorudur. Eyni zamanda iş adamı atasından qalan daha bir neçə şirkətin də varisi sayılır. İlan Şor 2011-ci ilin sentyabrında məşhur müğənni Jasminlə ailə həyatı qurub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.