banner
banner

Sosİal

Dənizçilərə sertifikatların verilməsi sadələşdirildi

Dənizçilərə sertifikatların verilməsi sadələşdirildi

Azərbaycan Prezidentinin 2021-ci il 11 oktyabr tarixli Fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yaradılmış Dövlət Dəniz və Liman Agentliyində dəniz nəqliyyatı sahəsinin inkişafı istiqamətində islahatlar aparılır.

Cia.az xəbər verir ki, islahatların tərkib hissəsi kimi dənizçilərin əmək hüquqlarının qorunması, onların peşəkarlığının artırılması və əmək fəaliyyətinin fasiləsizliyinin təmin olunması məqsədilə Agentlik tərəfindən cari il dekabrın 1-dən başlayaraq sertifikatın (diplomun) təqdim edilməsi prosesi sadələşdirilir.

Belə ki, dənizçilər (komandir heyəti üzvləri) eyni vəzifə üzrə etibarlılıq müddəti bitmiş sertifikatlarının (diplomlarının) yenisi ilə əvəz edilməsi üçün aşağıda göstərilən halda imtahandan azad olunurlar:

 

– “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyaya əsasən vəzifə üzrə gəmidə müəyyən edilən üzmə stajına malik olduqda;

– vəzifə üzrə təkmilləşdirmə kurslarını müvəffəqiyyətlə bitirməsinə dair sertifikata malik olduqda;

– tələb edilən xüsusi hazırlıq sertifikatlarına malik olduqda;

– sağlamlıq vəziyyəti vəzifəni tutmağa imkan verdikdə.

Qeyd edək ki, bu dəyişikliyə qədər etibarlılıq müddəti bitmiş sertifikatların (diplomların) yenisi ilə əvəz edilməsi üçün dənizçilərin təkmilləşdirmə kurslarını bitirdikdən sonra bilik və bacarıqları Agentlik tərəfindən imtahan vasitəsilə yoxlanılırdı.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.